Aİ “Qazprom”u inhisarçılıqda ittiham etdi

17:59 | 22.04.2015
Aİ “Qazprom”u inhisarçılıqda ittiham etdi

Aİ “Qazprom”u inhisarçılıqda ittiham etdi

Avropa Komissiyası rəsmən Rusiyanın qaz nəhəngi "Qazprom”u anti-inhisar qanunvericiliyinin pozulmasında günahlandırıb.  

Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə rəqabət məsələləri üzrə avrokomissar Marqrete Vestaqer mətbuat konfransında deyib. 

Avropa İttifaqının bütün rəhbərləri ilə razılaşdırılmış qərara əsasən, "Qazprom” regionda azad rəqabətə mane törətməkdə və özünün Şəqri Avropa, xüsusilə də Polşa, Macarıstan və regionun digər altı ölkəsinin istehlakçıları üçün qiymətin artırılmasında ittiham olunur. 

"Biz aşkar etdik ki, "Qazprom” müəyyən Mərkəzi Avropa ölkələri vasitəsilə azad qaz axını üçün süni manelər yarada bilərdi və bu da azad rəqabət üçün əngəllər yaradırdı”, - Vestaqer deyib. 

Prosedura əsasən, "Qazprom”un cavab verməsi üçün 12 həftə vaxtı var. 

Lakin "Qazprom” dərhal cavab bəyanatı yayıb və bildirib ki, Avropa Komissiyasının irəli sürdüyü bütün iradları əsassız hesab edir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti