AİHM Qubad İbadoğlunun işinə dərhal baxılması haqda qərar verib

20:47 | 05.09.2023
AİHM Qubad İbadoğlunun işinə dərhal baxılması haqda qərar verib

AİHM Qubad İbadoğlunun işinə dərhal baxılması haqda qərar verib

Avropa İnsan Haqları Məhkəməsi  39-cu qaydanı əsas tutaraq 45 gündür həbsdə olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun işinə dərhal baxılması haqda qərar verib və Azərbaycan hökumətinə suallar göndərib.

Bu barədə onun qardaşı Qalib Toğrul öz sosial şəbəkə hesabında məlumat verib.

"İşə dərhal baxılmasının səbəbi qardaşımın səhhətinin kəskin pisləşməsi və onun orqanizminin ağır saxlanma şəraitinə uzun müddət davam gətirə bilməməsi ilə bağlıdır”.

Məhkəmənin 39-cu qaydası müstəsna hallarda tətbiq olunur.

"Məhkəmə üzv dövlətə yalnız bütün müvafiq məlumatları nəzərdən keçirərək, ərizəçinin əvəzi bərpa olunmayan zərərin qaçılmaz riski ilə üzləşəcəyini hesab etdikdə belə tədbiri tətbiq etməyə istiqamətləndirir”, - deyə Avropa İnsan Haqları Məhkəməsinin 39-cu qaydasında qeyd olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti