Azərbaycan Investisiya Kompaniyası (AİK) və Türkiyənin Demirörən Holdinqi gələn həftə Qarabağ regionunda 5 su elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayacaq. Bunu AİK rəhbəri Ülvi Mansurov bildirib.
"Gələn həftə Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı Türkiyənin Demirörən holdinqi ilə müqavilə imzalayacaq", - Mansurov Anews.az-a bildirib.
Onun sözlərinə görə, layihənin dəyəri 15 milyon dollardır.
Mansurovun sözlərinə görə, bu dərman istehsalı zavodunun tikintisi layihəsindən sonra AİK ilə birgə həyata keçirilən ikinci layihədir.
"Son illər Türkiyə şirkətləri ilə əməkdaşlığın gedişatından razıyıq. Cari ilin ortasında Pirallahıda dərman istehsalı müəssisəsinin tikintisi ilə bağlı müqavilə imzalamışıq. Layihənin dəyəri 35 mln dollardır və 70 adda dərmanın 2026-cı ildən başlayaraq istehsalı nəzərdə tutulub", - Mnasurov vurğulayıb
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !