AİKZF istiqrazlar yerləşdirərək 30 milyon manat cəlb edib

15:36 | 04.04.2024
AİKZF istiqrazlar yerləşdirərək  30 milyon manat cəlb edib

AİKZF istiqrazlar yerləşdirərək 30 milyon manat cəlb edib

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AICZF) cümə axşamı 30 milyon manatlıq istiqraz yerləşdirib. Bu barədə Bakı Fond Birjası məlumat verib.
 
Birjanın məlumatına görə,  hərraca bir investor ərizə verib.

Hərraca çıxarılan istiqrazların bütün həcmi - 30 milyon manat, bir qiymətli kağızın nominal dəyəri 1000 manat olmaqla yerləşdirilib.

İstiqrazların ödəmə müddəti 8 640 gün, ödəmə tarixi 9 noyabr 2047-ci ildir.

Kupon dərəcəsi illik 3% təşkil edir. Kupon ödənişləri hər 180 gündən bir həyata keçiriləcək.

İstiqrazların yerləşdirilməsinin anderrayteri Unicapital investisiya şirkəti olub.

AIKZF 2021-2023-cü illərdə kommersiya (standart) şərtlərlə ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün daxili bazarda istiqrazlar yerləşdirməklə 1 milyard 180 milyon manat cəlb edib.

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKGF) yaradılması haqqında fərman imzalayıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM