Azərbaycana ailə məhkəmələri lazımdırmı? - ARAŞDIRMA

Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin üzvü Sədaqət Vəliyeva Azərbaycanda ailə məhkəmələrinin yaradılmasının zamanının çatdığını və yaradılmasının vacib olduğunu deyib.
"Başqa ölkələrdə belə məhkəmələr var. Məsələn Türkiyədə də belə pratika var. Məhkəmə bütün prosesləri əvvəlindən sonuna kimi araşdırır. Bizdə də bu vacibdir. Yaxın vaxtlarda da olmasa, bu istiqamətdə işlər görülməlidir. Gələcəyin qatilləri,narkomanları hamısı məişət zorakılığın qurbanlarıdır”, - deputat dekabrın 21-də komitə iclasında çıxışı zamanı deyib.
Bəs ailə məhkəmələri nədir?
Hüquqşünas Ramil Süleymanov hesab edir ki, ixtisaslaşmış məhkəmələrin olması çox vacibdir.
"Xüsusi ixtisaslaşmış məhkəmələrin olması vacibdir. Biz bunu qonşu ölkələrin və dünya ölkələrinin təcrübəsində də görə bilirik. Məhkəmələrin hakimləri əgər ümumi şəkildə mülki işlərə və 1-ci instansiya hakimi qismində cinayət işlərinə baxırlarsa, burada yalnız ailə işlərinə, mübahisələrinə baxacaq. Bu da əsasən tərəflərin arasında nigahın pozulması, alimentin verilməsi, uşağın hansı valideyinin himayəsində qalması, valideynlik hüquqlarından məhrum etmə, valideynlik hüquqlarının məhdudlaşdırılması və s. bu qəbildən işlər olacaq. Bura hətta biz əmlaklarla bağlı, vərəsəlik və digər məsələləri aid edə bilərik”, - Süleymanov vurğulayıb.
Hüquqşünasın sözlərinə görə, ailə məhkəməsinin yaradılması yaxşı təşəbbüsdür, lakin ümumi problemin həllinə hesablanmış təşəbbüs deyil.
"Ümumi problemin həlli ilə bağlı daha ciddi şəkildə işləmək tələb olunur və burada həm qanuvericilik aktları dəyişdirilməli, uyğunlaşdırılmalı, həm də Qeyri Hökümət Təşkilatları əhali arasında ciddi maarifləndirmə tədbirləri aparmalıdır”, - o söyləyib.
Süleymanov qeyd edir ki, ailə məhkəmələrinin yaradılması barədə Türkiyə təcrübəsi öyrənilə bilər.
"Bununla bağlı həm Ailə Məcəlləsinə, həm də Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinə dəyişiklik oluna bilər. O cümlədən, Mülki Məcəlləyə bununla bağlı əlavələr olunmalıdır. Ən vacibi isə, ailə məhkəmələrin yaradılması məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanununa müvafiq dəyişikliklərin olunması, eyni zamanda Prosesual Qanunvericiliyin köməkçi aktları var ki, onlara əlavə və dəyişikliklərin edilməsi zərurəti yaradacaqdır. Mütləq qaydada nigah bağlamanın şərtləri ciddiləşdirilməlidir, bununla yanaşı nigahın pozulması şərtləri dəqiqləşdirilməli və proses olaraq müddət uzadılmalıdır ki, hər yerindən duran adam ən qısa zamanda boşanma və evlənmə təşəbbüsündə olmasın. Bu barədə ciddi şəkildə sənədlər qaydasında olmalı, dövlət tərəfindən zəruri tədbirlər görülməlidir”, - hüquqşünas əlavə edib.
Hüquq müdafiəçisi Rüfət Səfərov hesab edir ki, ixtisaslaşmış kollegiyaların, məhkəmələrin yaradılmasından əvvəl hakimiyyətlər arasında balans bərpa edilməli, məhkəmələrin müstəqilliyi təmin olunmalıdır.
"Məsələyə ümumi və xüsusi yanaşmanın tərəfdarıyam. Ümumi olaraq Azərbaycan məhkəmələrində vəziyyət qeyri-qənaətbəxşdir. Yürüdülən dövlət siyasəti məhkəmə instansiyalarını icra, xüsusilə də ali icra hakimiyyətinin "hüquqi davam” şəklinə salıb. Düşünürəm ki, məhkəmələrdə ədalətli, hərtərəfli və obyektiv qərarların çıxması üçün müstəqil hakim korpusu olmalıdır, hüquqi iradə asılılığı aradan qalxmalıdır. Təəssüf ki, Azərbaycan məhkəmələrinin, hakimlərin müstəqilliyinə real təminat yoxdur. Sərbəst hüquqi düşüncəyə, daxili inama, qüvvədə olan qanunvericilk normasına istinad edib, qərar çıxaran neçə hakim var ölkəmizdə? Ümumiyyətlə varmı? O ki qaldı Azərbaycanda Ailə Məhkəmələrinin yaradılmasına, əlbəttə, bu baradə zaman-zaman danışılıb, amma dövlətin hüquq siyasətində normallaşma baş vermədən, məhkəmələrdə sərbəst hüquqi düşüncəyə rəvac vermədən yeni mexanizmin optimallığına, səmərəliliyinə bəri başdan şübhə ilə yanaşıram”, - Səfərov əlavə edib.
Hüquq müdafiəçisi beynəlxalq təcrübəyə əsasən bildirir ki, yetkinlik yaşına çatmayanların cinayətləri, laqeydlik, asılılıq şübhəsi, valideynlik hüquqlarından məhrumetmə, məişət zorakılığı, uşağın qəyyumluğu və ziyarət hüquqları, boşanma və boşanma ilə bağlı maliyyə məsələlər ailə məhkəmələrində araşdırılır.
"Ümumən isə beynəlxalq təcrübəyə baxsaq, məsələn, Böyük Britaniyada Ailə Məhkəməsi ailə və yetkinlik yaşına çatmayanlara dair işlərdə vaxtında, ardıcıl və düşünülmüş qərarlar qəbul edir. Rusiyada da 2019-cu ildən etibarən Ali Məhkəmənin tərkibində ayrıca kollegiya yaradıldı. Türkiyədə də analoji məhkəmələr fəaliyyət göstərir”, - o əlavə edib.
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, ailə məhkəmələri yaradılmazdan öncə Azərbaycanda ailənin xilası ilə bağlı fəaliyyət proqramı hazırlanmalıdır.
"O zaman bilinəcək ki, qanunvericilikdə hansı dəyişikliklərin edilməsi və hansı məhkəmələrin yaradılması lazımdır. Bir binanın özünü, smetasını hazırlamamış biz deyirik pəncərə hazırlanmalıdır. Azərbaycan ailəsini necə xilas etmək olar? Bu müəyyən edilməlidir və onun da yolları var. Mən bu barədə dəfələrlə fikirlər səsləndirmişəm. Lakin məmurlar və deputatlar eşitmir. Bu dəqiqə ailəmizdə çox gərgin problemlər var. Boşanma yüksək həddə çatıb. Mən bizim gənclərimizə, dərs dediyim tələbələrə ürək ağrısı ilə baxıram ki, 4-5 ildən sonra həmin vəziyyət onları da gözləyir. Təcili, SOS siqnalı ilə ailəni xilas etməliyik. Oxuyanlar və onların valideynləri, boşanmaya baxan məhkəmələr, ailə problemləri ilə məşğul olan başqa mütəxəssislər arasında sorğu keçirməli, yekun olaraq ailənin xilası, ailə problemi ilə bağlı bir fəaliyyət proqramımız hazırlanmalıdır. Biri qayıdır qadına qarşı zorakılıq oldu, digəri qadınlar hüquqlarını bilmir deyir. Bunlar sonrakı işlərdir. Bizim gənclərimiz ailə haqqında ətraflı məlumata malik deyil, amma 50 il qabaq malik idi. O zamanlarda evlənən bilirdi ki, evlənəndən sonra onu nə gözləyir. İndi isə bildikləri sosial şəbəkədən, TikTok-dan, ətrafdan gələn qarışıq anlayışlardır. Müəyyən edilməlidir ki, təhsil sistemində, qanunvericilikdə, sosial müdafiə ilə bağlı, və s. hansı dəyişikliklər olmalıdır, kütləvi informasiya vasitələrində hansı iş aparılsa, daha məqsəduyğun olar və işə kömək olar. Bunlar təhlil edilməmiş hərə bir şey deyir. Cəmiyyət günü gündən mürəkkəbləşir, həssaslaşır buna görə, elmi əsaslandırılması olmayan istənilən addım yanlış addımdır. Elmi nöqteyi-nəzərdən bunlar çox qüsurlu yanaşmalardır”, - Qəşəmoğlu əlavə edib.
Sosioloqun sözlərinə görə, bu barədə Prezident Aparatının Humanitar Siyasət şöbəsi elmi əsaslarla ciddi addımlar atmalı və Ailə, Qadın və Uşaq Kommutəsi də icra etməlidir.
Psixoloq Gülnarə Əliyeva ailə məhkəmələri yaradılmasa da, ailə məsələləri ilə bağlı məhkəmələr keçirilən zaman bura bu istiqamətdə ixtisaslaşmış psixoloq və pedaqoqların dəvət edilməsini istəyir.
"Bugünkü gündə çatışmayan şey nədir? Məsələn məktəbdə və ya başqa digər qurumlarda işləyən psixoloqları uşaqla söhbət aparmaq, onun anada yoxsa atada qalmasını müəyyənləşdirmək üçün məhkəməyə dəvət edirlər. Lakin məhz bu istiqamət üzrə çalışan, məhkəmə daxilində işləyən psixoloqların olması üçün xüsusi otaqlar, şəraitlər yaradılmalıdır. Bu işə başlayan xüsusi psixoloq və pedaqoqlar cəlb olunmalıdır”, - o bildirib.
Psixoloqun sözlərinə görə, ailə məhkəmələrində çalışan işçilərin qadınlardan ibarət olması bura müraciət edəcək qadınların psixoloji vəziyyətləri üçün yaxşı olar.
Boşanma prosesində polis əməkdaşları, müstəndiqlər, vəkillər, məhkəmə işçiləri, hakimlər hər biri kişi cinsinin nümayəndəsi olurlar. Əksər vaxtı müraciət edən qadınların kişilər tərəfindən zorakılığa məruz qaldığın nəzərə alsaq, onlar həmin şəxslərin yanında özlərini rahat ifadə edə bilmirlər. Məsələn, Türkiyədə ailə məhkəmələrinə baxan şəxslər 30 yaş üzəri ailə həyatı qurmuş qadın hakimlərdən seçilir. Bu nəzərə alınsa, qadınların psxoloji durumu üçün çox yaxşı olar”, - o vurğulayıb.
Əliyeva bildirir ki, ailə məhkəmələri qurulan zaman onun nəzdində xüsusi dövlət qurumu yaradılmalı və ailələr cütlük terapiyasına cəlb edilməlidir.
"Ailə məhkəmələrinin nəzdində (hazırda mediasiyya şöbəsi bu işə baxır. Məsələn, boşanmaya ərizə verəndə bir müddət - 3 ay vaxt verilir) xüsusi dövlət qurumlarının olmasını istəyərdim ki, boşanma müddətində boşanmaqda olan cütlərdən hansısa biri şiddətə meyllidirsə, yaxud uşağın tərbiyəsi ilə bağlı, ailəvi digər problemlər varsa, onu həll etmək üçün 3 aylıq boşanma müddətində həmin qurum o cütlükləri psixoloq nəzarətinə cəlb edib, cütlük terapiyası keçərdilər. Ailə məhkəməsi daxilində bu qurumların olması boşanmaların sayının azalmasına da kömək edə bilər”, - psixoloq qeyd edib.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən məsələlərə nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydalarının və şərtlərinin müəyyən edilməsi, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərin tənzimlənməsi, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarının müəyyən edilməsi aiddir. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
Beynəlxalq praktikada ailə məhkəmələri əvvəlcə uşaqların qəyyumluğu da daxil olmaqla ailə hüququ ilə bağlı məsələlərə qərarlar vermək və qəbul etmək üçün çağırılan Ədalət Məhkəməsi kimi yaradılıb. Ailə məhkəmələri əhalisi bir milyondan çox olan ərazilər üçün yaradılır və dövlət hökuməti tərəfindən zəruri hesab edilən digər ərazilər üçün yaradıla bilər. Ailə məhkəmələri boşanma, nikah hüquqlarının bərpası, qəyyumluq, aliment, əmlak və nikah vəziyyəti ilə bağlı mübahisələr də daxil olmaqla müxtəlif məsələlərə baxır.
Ailə məhkəmələri ilk dəfə ABŞ-da 1910-cu illərin sonlarından başlayaraq, xüsusi məişət münasibətləri məhkəmələrinin uğuruna sərmayə qoyan probasiya məmurlarının göstərişi ilə yaradılıb. ABŞ-ın hər bir ştatında və hər bir ölkədə boşanma halları ilə bağlı qərarlar da daxil olmaqla ailə hüququ işlərinə baxılması üçün istifadə olunan fərqli sistem var.
Hindistanda Ailə Məhkəmələri Aktı 1984-cü ildə Hindistan Parlamenti tərəfindən evlilik və ailə işləri ilə bağlı mübahisələri barışdırıcı şəkildə həll etmək yolunda Ailə Məhkəmələri yaratmaq üçün qəbul edilib. Qanun nizamlanmanın və barışmanın vacibliyini vurğulayır və Ailə Məhkəmələri tərəflərə barışıq əldə etməkdə kömək etmək üçün səy göstərməyə təşviq edilir. Ailə Məhkəmələrində proseslər qapalı keçirilə bilər və onlar tibbi ekspertlərdən, sosial yardım agentliklərindən və digər peşəkarlardan kömək istəmək səlahiyyətinə malikdirlər.
Honq-Konq Ailə Məhkəməsi əsasən boşanmalara və uşaqların rifahının təmin edilməsi işlərinə baxır.
Şəriət və İslam hüququnun üstünlük təşkil etdiyi yurisdiksiyalarda ailə məhkəmələri İslam nikah hüququ qaydalarına əməl edir.
Nigeriyada ailə məhkəməsi 2003-cü il Uşaq Hüquqları Qanununun 149-cu maddəsinə uyğun olaraq yaradılıb.
Kaliforniyada Ailə Məhkəməsi bir çox daxili işlər üzrə geniş yurisdiksiyaya malikdir . O, boşanma və hüquqi ayrılıq nəticəsində yaranan fikir ayrılıqlarını, o cümlədən uşaqların qayğısına qalmağa görə müddəaları həll etmək üçün nəzərdə tutulub.
İngiltərədəki Ailə Məhkəmələri ilk növbədə uşaqlar və maliyyə ilə bağlı qərarlar verir. Münasibətlər pozulduqda və fərdlər maliyyənin necə bölüşdürülməsi və ya uşaqların böyüdülməsi ilə bağlı razılığa gələ bilmədikdə, onlar məhkəmələrdən qərar qəbul etməyi xahiş edəcəklər.
www.anews.az

Aygün Mirakif
www.anews.az