• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Ailə quracaq şəxslərə yeni qadağa

Ailə quracaq şəxslərə yeni qadağa
09.10.2014 16:22

Buna əməl etməyənlərin nikaha girməsinə yol verilməyəcək

Xəbər verdiyimiz kimi Azərbaycanda tibbi müayinədən keçilməsini təsdiqləyən arayışı təqdim etməkdən imtina edən şəxslərin nikah bağlamasına yol verilməyəcək.

Milli Məclisdən "Trend"-ə verilən məlumata görə, bu, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, nikah bağlamaq istəyənlər ərizə ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş və onların tibbi müayinədən kecdiklərini təsdiq edən arayışı da təqdim etməlidirlər.

Layihəyə əsasən, nikaha girən şəxslər yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bundan sonra onlara arayış təqdim ediləcək. Həmin arayış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına təqdim edilir.

Müayinənin nəticələri həkim sirridir. Müvafiq icra hakimiyyəti orqanlarının məsuliyyətli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması təklifi ilə məhkəməyə müraciət edə bilər.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb
Cəmiyyət 23:01
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Cəmiyyət 21:50
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Şəmkirdə istixana yanıb
Cəmiyyət 21:32
Şəmkirdə istixana yanıb
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:07
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
DTX və DSX birgə əməliyyat keçirib
Cəmiyyət 19:00
DTX və DSX birgə əməliyyat keçirib
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Cəmiyyət 18:57
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Cəmiyyət 18:30
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Cəmiyyət 18:19
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Cəmiyyət 17:53
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol