Ağır Atletika Federasiyasına verilən cəza dəyişdirildi

14:15 | 13.06.2018
Ağır Atletika Federasiyasına verilən cəza dəyişdirildi

Ağır Atletika Federasiyasına verilən cəza dəyişdirildi

Beynəlxalq Ağır Atletika Federasiyası ötən ilin oktyabrında Azərbaycan Ağır Atletika Federasiyasına tətbiq etdiyi cəzanı 4 aylıq yüngülləşdirib.

Anews.az yenicag.az-a istinadən xəbər verir ki, artıq yeniyetmə ağır atletlər iyunun 19-dan etibarən bütün beynəlxalq yarışlarda iştirak edə biləcəklər. Gənclər, böyüklər və texniki rəsmilər səviyyəsində isə yarışlara avqustun 19-dan qatılmaq mümkün olacaq.

Qeyd edək ki, bir müddət əvvəl AAAF dopinq qalmaqalı ilə sarsılmış, federasiya bu səbəbdən cəzalandırılmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM