YAP 62 saylı Saatlı seçki dairəsindən Nazim Rəşidovun namizədliyini irəli sürüb
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, akademik Cəlal Əliyev deputatlığa namizəd olmayıb.
"Report"un məlumatına görə, YAP akademik Cəlal Əliyevin deputat seçildiyi 62 saylı Saatlı seçki dairəsindən yeni namizəd irəli sürüb. Noyabrın 1-də keçiriləcək parlament seçkisində 62 saylı Saatlı seçki dairəsindən YAP-ın namizədi Nazim Rəşidov olacaq. YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında 62 saylı dairədən N.Rəşidov namizəd göstərilib.
N.Rəşidov Saatlı rayonunun Dəqəd Qorqud bələdiyyəsinin sədri işləyib.
C.Əliyev Azərbaycan Milli Məclisinə I-IV çağırış seçkilərdə deputat seçilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !