"Alimlər üçün tikiləcək şəhərcikdə Təhsil Nazirliyi sistemində işləyən alimlərə də ev veriləcək".
APA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə deyib.
O bildirib ki, "Science City" şəhərciyində layihə üzrə üç-dörd 12-14-16 mərtəbəli böyük binaların tikintisi nəzərdə tutulub: "Güman edirəm ki, orda akademiyanın gənc alimləri üçün yaxşı yaşayış şəraiti quracağıq. Bundan başqa, elmimizə böyük töhfələr vermiş yaşlı alimlərimizə də həmin şəhərcikdən ev veriləcək. Həmçinin, yaşayış şəraiti yaxşı olmayan alimlər də evlə təmin olunacaq".
A.Əlizadə qeyd edib ki, "Science City" nin tikintisi 2 ilə yekunlaşdıracaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !