"AKKORD" 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-in gümüş sponsoru oldu

11:55 | 28.01.2015

"AKKORD" 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-in gümüş sponsoru oldu

"AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 2015-ci il martın 11-də Bakıda keçiriləcək 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-in (www.caspianenergyforum.com) gümüş sponsoru qismində çıxış edəcək.

Caspian European Club-un icraçı direktoru Telman Əliyevin sözlərinə görə, «3-cü Beynəlxalq Caspian Energy Forum – 2015 tədbirinin açılış mərasiminə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri İlham Əliyev dəvət olunub».

Tədbirdə həmçinin Azərbaycan, Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik və qurumların sədrləri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcək.

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektləri müzakirə ediləcək. Azərbaycanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz upstream-i, Cənub dəhlizi layihələri, Xəzərin resurs potensialı məruzəçilərin, deleqatların və forum iştirakçılarının diqqət mərkəzində olacaq.

Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək. Caspian European Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyr-neft sektorunun sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-ə rəsmi dəstək verirlər.

Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyklər və işgüzar naharın təşkil olunması nəzərdə tutulub. Axşam qala-ziyafət çərçivəsində Caspian Energy Award – 2015 mükafatının rəsmi təqdimetmə mərasimi keçiriləcək.

Qızıl sponsorlar: Cross Caspian Oil and Gas Logistics LLC, "Azpetrol Ltd” MMC və PASHA Bank ASC. Gümüş sponsorlar: «Azərbaycan Dəmir Yolları» QSC və "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC. Bürünc sponsorlar: Ecoland, PASHA Insurance, Caspian Wireline Services, SOCAR-FUGRO, Atropatena. Rəsmi travel tərəfdaşı: Improtex Travel.

Forumun rəsmi saytı: www.caspianenergyforum.com

Mükafatın rəsmi saytı: www.caspianenergyaward.com

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür