"Akkord"un baş ofisi qarşısında münaqişə

30-a yaxın insan Xırdalanda "Gənclər şəhərciyi"ndə yerləşən "Akkord" tikinti şirkətinin baş ofisinin qarşısına yığışaraq etiraz edib.
Onlar qaz kartlarının verilməməsinə görə narazılıqlarını bildiriblər.
ANN.Az-a daxil olan məlumata görə, ofisdən onlara kobud cavap verildiyi üçün şirkət əməkdaşları ilə sakinlər arasında münaqişə yaranıb.
Narazı sakinlər bildirib ki, evlərə təxminən bir ay əvvəl qaz verilsə və sayğaclar quraşdırılsa da, "Akkord" qaz üçün kart verməkdən imtina edib:
"12 mənzilin sakinlərinə qaz kartı verdilər, bizə isə hər dəfə müxtəlif bəhanələr gətirirlər. Əsas isə deyirlər ki, mənzillər tam yoxlamadan keçməyib. Qış gəlib, soyuqdur, biz qaz istifadə etmək istəyirik".
ANN.Az xəbər portalı məsələ ilə bağlı "Akkord" şirkətinin baş ofisi ilə əlaqə saxlamağa çalışsa da, zəngə heç kim cavab vermədi.
Son xəbərlər
Daha çox 