Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini Ömər Çelik Azərbaycanın qardaş ölkəyə bu çətin günlərdə dəstəyini əsla unutmayacaqlarını bildirib.
Ö.Çelik özünün Twitter hesabında yazıb: "Azərbaycan canımızdır və bizim qəlbimizdədir. Çox yaşa Azərbaycan”.
Xatırladaq ki, Ankarada törədilən terror səbəbbindən Türkiyə prezidenti R.T.Ərdoğanın Bakıya planlaşdırılan səfəri təxirə salınıb. Əvəzində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Türkiyədə baş tutacaq. Bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevin martın 15-də Türkiyəyə səfər edəcəyi gözlənilir. İki ölkə prezidentinin zirvə görüşü də Türkiyədə baş tutacaq.
Bu, Azərbaycanın Türkiyəyə növbəti dəstəyidir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !