ANS PRESS-in məlumatına görə, bəyanatda, Türk dünyasının 1990-cı ilin 20 yanvarında ən kədərli günlərindən birini yaşadığı vurğulanıb.
"1990-cı il yanvarın 13-də başlayan Bakıda baş verən hadisələrin qarşısını almaq bəhanəsiylə 20 yanvar gecəsi şəhərə girən Sovet ordusu xüsusilə xalqın yuxuda olduğu soyuq gecəni seçib və insanların ən zəif anından istifadə edərək 134 mülki vətəndaşı xüsusi amansızlıqla qətlə yetirib. "Qara yanvar” hadisəsi azərbaycanlı qardaşlarımız üçün günəş doğmazdan əvvəlki ən qaranlıq vaxt olub. Bu hadisələrdən sonra Azərbaycan dövləti layiq olduğu müstəqilliyi yenidən qazanıb. Biz, zülmü edən kim olursa olsun, zalıma qarşıyıq və kim olursa-olsun zülmə məruz qalmış məzlumların yanındayıq və olmağa davam edəcəyik”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !