Rusiyanın Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski Rəcəb Tayyib Ərdoğanın Prezident seçkilərində qalib gəlməsi nəticəsində Türkiyənin parlament respublikasından prezident respublikasına keçəcəyini və dünyəvi cəmiyyət quruluşunun da getdikcə təzyiq altında qalacağını bildirib. Axar.az xəbər verir ki, İTAR-Tass-a açıqlama verən ekspert Ərdoğanın öz nüfuzunu getdikcə gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, Ərdoğan müxalifəti zərərsizləşdirməyi bacaracaq: “Biz bunu Ərdoğanın təcrübəsində dəfələrlə görmüşük. Keçmiş müttəfiqi Fətullah Gülənin yüz minlərlə tərəfdarı olsa da Ərdoğanla fikir ayrılığı yarandığı üçün heç nəyə nail ola bilmirlər. Gülən tərəfdarları çox sürətlə aradan götürülür”. Ekspertin sözlərinə görə, orduda da “təmizlik” edilib və tam nəzarətdədir: “Yaşlı generallar təqaüdə göndərildi, ya da Ərgənəkon iddiası ilə həbs olunub. Bunun nəticəsində isə Ərdoğanı dəstəkləyənlər vəzifəyə gətirilib”. Taksim Meydanındakı hadisələrə toxunan ekspert artıq Türkiyədə Ərdoğanın rəqibinin olmadığını deyib: “İndi heç kəs Türkiyədə vəziyyəti dəyişdirə bilməz. İslam artıq Türkiyə cəmiyyətinin həyatında əhəmiyyətli rol oynamaqdadır. Türkiyə dünyəvi cəmiyyəti Atatürk tərəfindən quruldu, Ərdoğanla dağıldı. Türkiyədə Atatürk artıq yoxdur, Ərdoğanın yeni Türkiyəsi var. Seçkinin nəticələri də bunu təsdiq edir”. Bundan başqa ekspert şok iddia ilə çıxış edib. O, Ərdoğan hakimiyyətinin radikal islamçı terror təşkilatlarından birinin qolu olduğunu iddia edib: “AKP Müsəlman Qardaşları, ya da Həmasın bir növ klonudur. Ərdoğan və AKP-nin xarici siyasəti belə düşünməyimizə əsas verir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !