• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

AKP qondarma erməni soyqırımını tanıya bilər? – AÇIQLAMA

AKP qondarma erməni soyqırımını tanıya bilər? – AÇIQLAMA
28.05.2020 22:45
Ankara- İrəvan münasibətlərində yeni mərhələnin başlaması barədə xəbər və iddialar var. Davudoğlunun Ermənistana səfərindən sonra Azərbaycanı çətin vəziyyətə salacaq, Türkiyəni isə qarışdıracaq məsələlər gündəmə gəlib."AKP erməni soyqırımı məsələsini tanıya bilər", - bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından Türkiyə Böyük Millət Məclisinin üzvü Oqtay Vural dekabrın 15 -də verdiyi brifinqdə səsləndirib .ANN.Az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı Hasan Oktay səslənən həmin fikirləri şərh edib.H.Oktay açıqlamasında bildirib ki, Türkiyədə heç bir qurum belə bir yalanı qəbullana bilməz: “Türkiyədə heç bir təşkilati quruluş və dövlət səlahiyyətlisi belə bir mübahisəli və tarixi kökü olmayan mövzunu siyasiləşdirib tanıma imkanına sahib deyil. Davudoğlunun istifadə etdiyi "ədalətli yaddaş" sözü qarşılıqlı tarixi razılıq mənasını ifadə edir. Türkiyədə dövlət ilə problemləri olan müxtəlif siyasilər və cərəyanlar erməni məsələsi üzərindən dövlət ilə hesablaşmağa çalışırlar. Bu səbəbdən, bu cür siyasi və ideoloji cərəyanlara mənsub olanlar zaman-zaman başda erməni problemi olmaqla, ələ keçən hər fürsəti qiymətləndirərək, dövlətlə haq-hesab aparmaq istəyirlər. Məsələn, marksistlər bunların başında gəlir və ermənilər ən çox onlardan yararlanırlar”.O bildirib ki, Ermənistan ilə sırf Qafqaza sülh gətirmək üçün danışıqlar aparmaq, tarixi gerçəkləri görməməzlikdən gəlməyi tələb etmir: “AKP iqtidarını meydana gətirən və ABŞ-dan idarə olunan bəzi islamçı qruplar Türkiyədəki marksist qruplar qarşısında natamamlıq kompleksi yaşadıqlarından, onlarla yarışa bilmək üçün zaman-zaman belə fikirlərə düşürlər. Lakin bütün bu mənfi xüsusiyyətlərinə baxmayaraq, onlar tarixlə hesablaşmaq məsələsində marksistlər qədər radikal ola bilməzlər. Bu səbəbdən AKP iqtidarı sırf marksistlərlə yarışmaq, onların qarşısında natamamlıq komplekslərini yatırtmaq üçün belə tarixi gerçəkləri təhrif etməyə girişə bilməzlər”.H.Oktay deyib ki, əsas olan ermənilərin siyasi istismarının qarşısını almaq və Qafqaza sülh gətirməkdir: “Erməniləri tarixdə kimlər istismar etmişsə, bu gün də onları istismar edənlər başqa maskalar altında səhnədədirlər. Əhəmiyyətli olan ermənilərin istismarının qarşısını almaq və Qafqaza sülh gətirməkdir. Bunu Türkiyə ilə Azərbaycan ortaq strategiyaları ilə gerçəkləşdirə bilərlər. Yox, əgər, birlikdə çalışmayıb bir-birlərinə qarşı gələrlərsə, o zaman Azərbaycan Qarabağı itirmək, Türkiyə də bütün iddiaları qəbul etmək təhlükəsiylə üzləşə bilər. Bu gün AKP hökuməti belə bir yalanla üzləşə biləcək biləcək vəziyyətdə deyil” – deyə H.Oktay bildirib.SeymurANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol