Azərbaycan mediasında bu mövzu eninə də işlənib, uzununa da. Amma yazıldığı, şikayət edildiyi qədər əlaqədar təşkilatlar özlərində bir az məsuliyyət hiss eləsəydilər, paytaxtın kücə və prospektləri, əhalinin gəlib-gedən yolları, yaşayış massivləri bu gündə - zir-zibil içində olmazdı.
Son vaxtlar paytaxt Bakıda, yaxud digər şəhər və rayonlarda belə bir ənənə dəb halını alıb ki, yalnız mərkəzi küçələrin təmizliyinə önəm verilir. Məsələn, icra hakiminin ən çox istifadə etdiyi yollar səhər tezdən süpürülüb-sulanır və belə görüntü yaradılır ki, guya hər şey qaydasındadır. Axı şəhərlər, rayonlar təkcə mərkəzdən ibarət deyillər, onun ucqarı var, ikinci, üçüncü dərəcəli küçələri var. Onlara nəzarət etmək, təmizliyinin, digər kommunal - su, işıq, qaz, kanalizasiya xətlərinin qayğısına qalmaq lazım deyil?
Bəli, zibillik, natəmizlik mövzusu haqqında nə qədər yazılsa da, öz aktuallığını heç vaxt itirmir. ANN.Az-ın fotoreportyorunun hazırladığı fotosessiya bir daha bunu sübut edir. Zibillikləri - əhalinin sıx olduğu məkanlarda dolub-daşan zibil qutularını, iyindən baş çatlayan zibilxanaları, qara torbalara doldurulub hara gəldi atılan tullantıları bir də çəkib göstəririk ki, bəlkə kimlərinsə yatmış vicdanı oyana...
Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !