Albert Rieranın yeni klubu müəyyənləşdi

19:36 | 20.02.2014
Albert Rieranın yeni klubu müəyyənləşdi

Albert Rieranın yeni klubu müəyyənləşdi

Qış transferi pəncərəsində "Qalatasaray"dan ayrılan Albert Rieranın yeni komandasının adı müəyyənləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, ispan yarımmüdafiəçi Ukraynanın "Metallist" klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, 2011-ci ildə "Qalatasaray"a transfer olan A.Riera İstanbul klubu ilə 60 matçda oynayıb. "Cim-Bom" yanvar ayında futbolçuya 750 min dollar təzminat ödəyərək müqaviləni ləğv edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM