• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

"Albertin heykəlinin düzəldilməsinə öz cibimdən 8000 manat verdim" — FOTO

29.05.2020 00:29
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Bakıda ucaldılacaq abidəsinin ideya müəllifi xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.
Anews.az apa-ya istinadən xəbər verir ki, heykəltəraş milli qəhrəmanın abidəsinin tələbələri tərəfindən hazırlandığını bildirib:
"Heykəlin müəllifləri Rahib Qarayev və Zamik Rzayevdir. İstedadlıdırlar. Hər il iki-üç nəfər bu cür istedadlı gənc çıxır, mən də çalışıram ki, Akademiyada onlar üçün iş yeri yaradım.
Albertin komandiri Akademiyaya gəlib mənə dedi ki, biz istəyirik Albert üçün büst düzəldəsiniz. Mən ona dedim ki, düzəldərik, ancaq büst yox, abidə. Qoy, şəhərimizdə Milli Qəhrəmanımıza abidə ucaldılsın. Bundan sonra vəsait ayrıldı. Ancaq o vəsait heç heykəlin materialının alınmasına çatmadı. Mən bu uşaqları çağırdım. Dedim heykəli bunlar işləyəcəklər. Amma mən ideya verdim ki, böyük abidə olsun, tank və qaya olsun, bir də qəhrəmanın öz fiquru görünsün. Mən necə dedimsə, onlar da eskizi o cür hazırlayıb gətirdilər. O işə əlimi də vurmamışam, sadəcə, ideya vermişəm. Demirəm, mən müəllifəm. Ümumiyyətlə, götürsək, dünyada belədir ki, ideya verən müəllif, düzəldən icraçı sayılır. Ancaq bu mənə lazım deyil. Mənə lazımdır, bütün şəhərimiz görsün ki, bizim heykəltəraşlarımız var və onlara iş versinlər. Siz görəcəksiz, necə gözəl abidə olacaq!"
Ömər Eldarov heykəltəraşlara öz cibindən qonorar ödədiyini deyib:
"Heykəlin hazırlanmasına ayrılan vəsait heç material alınmasına çatmadı. Albertin heykəlinin düzəldilməsinə öz cibimdən 8000 manat verdim".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol