Azərbaycanda daha bir əsgər ölümü faktı qeydə alınıb.
Gəncə Hərbi Prokurorluğundan azvision.az-a verilən məlumata görə, martın 7-də N saylı hərbi hissədə qulluq edən əsgər Bayramov Anar Günəş oğlu dünyasını dəyişib.
Bildirilib ki, ölüm hadisəsi ilə əlaqədar olaraq Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi işi açılıb: "Hərbçi Anar Bayramov ali təhsilli olub. Hazırda araşdırma aparılır. Ola bilsin ki, faktla əlaqədar olaraq Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə də cinayət işi açılsın. Həmin şəxsin hərbi xidmət müddəti iyul ayında başa çatmalı idi”.
Qeyd edək ki, Anar Bayramovun ailəsi tərəfindən mətbuatda məlumatlar yayılıb. Bildirilib ki, o, hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib. A.Bayramov Azərbaycan Dillər Universitetinin məzunu olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !