Alimentlərin ödənilməməsi ilə bağlı 400 cinayət işi qaldırılıb

Azərbaycanda 2021-ci ilin yanvar-iyununda alimentlərin ödənilməməsi ilə bağlı 400-ə yaxın cinayət işi qaldırılıb. Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova "25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə deyib.
"Bu il alimentin ödənilməməsi ilə bağlı 400-ə yaxın cinayət işi qaldırılıb. Bunun nəticəsində 600 min manat məcburi aliment alınıb. Bu problem bizdə qabarıq şəkil alıb”, - deyə o, əlavə edib.
Ədliyyə Nazirliyinin sözçüsünün sözlərinə görə, 130 milyon manat aliment ödənilib.
Nazirliyin sözçüsü bildirib ki, son 2 ildə qeydə alınmayan 9 335 uşağın doğulduğu aşkarlanıb. Onlardan 8 875 nəfərinə hüquqi yardım göstərilib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 