Konyadakı Səlcuq Universitetinin Mühəndislik Fakültəsi dosentinin başı otağında kəsilib.
Axar.az xəbər verir ki, olayın üstü bu gün səhər saatlarında açılıb. Səlcuq Universitetinin Mühəndislik Fakültəsinin dosenti 42 yaşlı Cəlaləddin Özdəmirin ailəsi onun 2 gün əvvəl yoxa çıxdığını və bütün axtarışlar nəticə vermədikdə işlədiyi universitetə müraciət etdiklərini deyiblər.
Dosentin həmkarları da onu son 2 gündə görmədiklərini bildirdikdə otağında araşdıra aparmaq qərarına gəliblər.
Qapının bağlı olduğunu görən universitet rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib və çilingər vasitəsi ilə polislər qapını kəsərək içəri giriblər. Onlar C. Özdəmiri başı kəsilmiş halda otaqda tapıblar. Araşdırmalar onun bədənində bıçaq yaralarının olmasını da göstərib.
Başlanan istintaq onun intihar etmədiyini, qətlə yetirildiyini iddia edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !