Alimlər mobil qurğuların yeniyetmələrin beyninə təsirini araşdıracaq

21:26 | 21.05.2014
Alimlər mobil qurğuların yeniyetmələrin beyninə təsirini araşdıracaq

Alimlər mobil qurğuların yeniyetmələrin beyninə təsirini araşdıracaq

"The Times” nəşri yazır ki, britaniyalı alimlər müxtəlif mobil qurğuların yeniyetmələrin beyninə təsirini araşdıracaqlar. Səhiyyə departamenti və mobil telefon sənayesi nümayəndələrindən layihə üçün vəsait almış London İmperiya kollecinin mütəxəssisləri tədqiqatla məşğul olacaqlar. “ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, ekspertlər mobil telefon, planşet və başqa simsiz qurğuların yeniyetmələrin beyninə təsirini araşdıracaqlar. Layihə üç il davam edəcək və tədqiqatda 11 yaşlı 2500 uşaq iştirak edəcək. “The Telegraph” nəşri yazır ki, yeniyetmələrdən xüsusi tətbiq quraşdırmaq xahiş ediləcək və proqram zənglərin müddətini,  internet və SMS-dən istifadəni qeydə alacaq. Son məlumatlara görə, Britaniyada 11 yaşlı uşaqların 70%-i və 13-14 yaşlı uşaqların 90%-i mobil telefon işlədir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti