• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

“Alimlərin sayının süni sürətdə artırılması yolverilməzdir”

“Alimlərin sayının süni sürətdə artırılması yolverilməzdir”
27.12.2013 16:46
Azərbaycanda gənclərin elmə marağının artırılması üçün real təşəbbüslərə, təkliflərə ehtiyac var. Bu gün alimlərin orta yaşı müəyyən mənada suallar doğurur, çünki bu rəqəm 60 yaş civarındadır”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında çıxışında deyib. E.Aslanov qeyd edib ki, ölkədə alimlərin orta yaş həddinin endirilməsinə böyük ehtiyac var. Onun sözlərinə görə, əgər 5 il əvvəl 65 nəfər akademik var idisə, bu il 52 nəfərdir, 5 il əvvəl akademiyanın müxbir üzvlərinin sayı 113 nəfər idisə, indi 13 nəfərdir. Onların yerini dolduracaq gənc mütəxəssislər indidən hazırlanmalı olduğunu deyən şöbə müdiri qeyd edib ki, elmlər və fəlsəfə doktorlarının yaş tərkibi dünya elmi ilə müqayisədə ölkədə təhlükəli həddə qocalma tendensiyasının sürətlənməsindən xəbər verir: “Bu yaxınlarda Təhsil Nazirliyinin açıqladığı statistik nəticələrə əsasən məlum oldu ki, ötən il nazirliyin tabeliyində olan ali təhsil müəssisələrində çalışan 9506 elmi-pedaqoji işçi arasında fəlsəfə doktorlarının sayı 46 nəfər, yəni, 0,48% olub. Təbii ki, alimlərin sayının süni sürətdə artırılması yolverilməzdir. Bunun üçün əlverişli mühit yaradılmalıdır”. E. Aslanov qeyd edib ki, indi Azərbaycanda milli tərəqqinin əsas yükü dövlətin üzərinə, təxminən 10%-i isə özəl sektorun payına düşür: “Halbuki elmdəki uğurlu nəticələrin praktikada tətbiqi üçün özəl sektor həlledici rol oynayır. Azərbaycanda iqtisadiyyatında da bu gün özəl sektor 83% inkişaf edirsə, görün burada potensial nə qədər böyükdür. Özəl sektor digər sahələrdə olduğu kimi bu sahəyə də öz rolunu artırmalıdır. Dünyada gedən tendensiya budur ki, özəl sektor elmin inkişafına daha çox investisiya ayırır, çünki az məsrəflə çox gəlir götürə bilir”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol