Alkaqollu içkilərin reklamında bəzi qadağalar qoyuldu

17:40 | 23.01.2015
Alkaqollu içkilərin reklamında bəzi qadağalar qoyuldu

Alkaqollu içkilərin reklamında bəzi qadağalar qoyuldu

Azərbaycanda alkaqollu içkilərin reklam edilməsi qaydaları müəyyənləşdirilib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumatına görə, Milli Məclisin fevralın 2-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Reklam haqqında” yeni qanun layihəsində alkaqollu içkilərin reklamında bir sıra qadağalar müəyyən edilib.

Qanun layihəsinə əsasən, alkaqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumu yaxşılaşdıracağı barədə rəyin formalaşdırılması qadağan edilir.

Bundan əlavə, yeni qanun layihəsi alkaqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması haqda rəy yaratmağı qadağan edir. Bundan əlavə alkaqollu içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara, qadınlara müraciət edilməsi, cəmiyyətdə populyar olan şəxslərin, kino və animasiya filmlərinin qəhrəmanlarının heyvanların təsvirlərindən istifadə edilməsi, alkaqollu içkilərdən istifadə olunma prosesinin nümayiş etdirilməsi qadağan olunur.

Qanun layihəsində həmçinin bəzi reklam daşıyıcılarında alkaqollu içkilərin reklamı qadağan edilir. Belə ki, alkaqollu içkilərin reklamının dövrü mətbu nəşrinin üz qabığında, birinci və axırıncı səhifəsində, qəzetlərin birinci və axırıncı səhifəsində, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video məhsullarda, telekommunikasiya qurğularında, o cümlədən "İnternet” şəbəkəsində yerləşdirilməsi qadağan edilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM