Lipetsk (Rusiya) sakininin beynəlxalq terrorist təşkilatının maliyyələşdirilməsi ilə bağlı işin təfərrüatları məlum olub.
Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Lipetsk bölgəsi üzrə idarəsinin istintaqçıları "Terrorizm fəaliyyətinə dəstək” maddəsi üzrə cinayət işi açıb.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, şübhəli şəxs yerli bazarların birində alma satan azərbaycanlıdır.
İlkin məlumatlara əsasən, azərbaycanlı sahibkar əldə etdiyi vəsaiti Türkiyəyə ekstremist terror təşkilatının ("İslam dövləti” terror təşkilatı ehtimal olunur) üzvü olan ehtimal olunan qardaşına göndərirdi.
Azərbaycanlı alverçini 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası və 500 min rubl (8 600 man) cərimə gözləyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !