• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Alman deputatın adı “arzuolunmaz şəxslər” siyahısından çıxarıldı

Alman deputatın adı “arzuolunmaz şəxslər” siyahısından çıxarıldı
17.03.2014 16:28
Almaniya Federativ Respublikası Bundestaqının deputatı Yurgen Klimkenin adı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb.APA-nın xəbərinə görə, Y. Klimkenin adı artıq Azərbaycan XİN-in saytında yerləşdirilmiş “arzuolunmaz şəxslər” siyahısında deyil. Xatırladaq ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycanın “Dövlət sərhədi haqqında" qanununu pozan və buna görə də adı “qara siyahı”ya salınan Yurgen Klimke adının bu siyahıdan çıxarılması xahişi ilə yazılı şəkildə Azərbaycan tərəfinə müraciət edib. Y. Klimke Azərbaycan hökumətinə müraciətində 2013-cü ilin sentyabrında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinin əvvəlcədən planlaşdırılmış xarakter daşımadığını və bu səfərin doğuracağı nəticələr barədə məlumatlı olmadığını söyləyərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində tanıdığını və işğal olunmuş ərazilərə səfərindən təəssüf hissi keçirdiyini vurğulayıb. O, gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini deyərək adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.Qeyd edək ki, Azərbaycan XİN-in saytında yerləşdirilmiş “arzuolunmaz şəxslər” siyahısında ilkin olaraq 331 nəfərin adı olub. Onlardan bir neçəsi – Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov, Türkiyənin tanınmış jurnalistlərindən Nagəhan Alçı, “Amerikanın səsi” radiosunun Moskva bürosunun rəhbəri Ceyms Bruk, italiyalı müğənni Al Bano, Con Hopkins Universitetinin tələbələri İvan Benoviç və Nikolas Vondra, Moldova Respublikasının xalq artisti Konstantin Moskoviç adlarının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət ediblər və müraciətləri müsbət cavablandırılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Siyasət 12:44
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Siyasət 16:50
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol