Alman TV-si: Avtomobillər Almaniyada yarı bölünür, Gürcüstanda satılır

22:29 | 09.04.2015
Alman TV-si: Avtomobillər Almaniyada yarı bölünür, Gürcüstanda satılır

Alman TV-si: Avtomobillər Almaniyada yarı bölünür, Gürcüstanda satılır

Almaniyanın "Obşestvennıy veşatel” kanalı Almaniyadan Gürcüstana həyat üçün təhlükəli maşınları gətirən fırıldaqçı şəbəkəsindən danışır.  

Bu mövzuya dair jurnalist tədqiqatını Almaniyanın "Obşestvennıy veşatel” kanalı aparıb. 
Söhbət Almaniyada qəzadan sonra iki hissəyə ayrılaraq konteynerlərdə Gürcüstana gətirilən yüzlərlə avtomobildən gedir. Gürcüstanda avtomobillər yenidən yığılır və yeni qiymətə satılır.

Alman jurnalistləri fırıldaqçı şəbəkəni müşahidə edərək Batumi limanında maşınları Tbilisidə yığmaq üçün götürən konteyneri aşkar ediblər. Belə avtomobilin qiyməti Gürcüstanda orta hesabla 7400 ABŞ dollarına bərabərdir.

Almaniyanın "Obşestvennıy veşatel” kanalının süjetində kəsilmiş maşınların daşınmasının konteynerdə yerə qənaət imkanı verdiyini və nəticədə daşınmada hər konteyner üçün 20 min avro gəlir əldə edildiyini izah edilir.

Utilizasiya edilmiş hər ikinci maşın analoji yol ilə Almaniyadan Şərqi Avropa və Afrikaya çatdırılır.  

Yığılan maşınların təhlükəliliyi haqqında ekspert Hans-Ulrix Zander danışıb.

"Yığma sənəti həqiqətən yüksək səviyyədədir, amma nəticədə yenə də tullantıdır. Qəza zamanı bu avtomobillərin təhlükəsizliyi sıfıra bərabərdir”, - ekspert deyib.

Almaniyanın "Obşestvennıy veşatel” kanalının süjetini "Rustavi 2” teleşirkəti yayımlayıb.//oxu.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM