Almaniya Prezidenti Frank-Valter Ştaynmayer maliyyə naziri Kristian Lindner, ədliyyə naziri Marko Buşman, təhsil və elmi tədqiqatlar naziri Bettina Ştark-Vatsinqeri vəzifəsindən azad edib.Bu barədə yerli KİV məlumat yayıb.
Lindnerin vəzifələrini isə Almaniya Federal Kansleri Administrasiyasının dövlət katibi Yorg Kukis icra edəcək. Nəqliyyat və rəqəmsal infrastruktur naziri Folker Vissing isə Ədliyyə Nazirliyinə başçılıq edəcək.
"Der Spiegel" jurnalının yazdığına görə, hazırkı kənd təsərrüfatı və qida naziri Cem Özdemir ("Yaşıllar") Təhsil və Elmi Tədqiqatlar nazirliyinə rəhbərlik edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !