"Biz Bakıya aydın mesaj verməliyik ki, bu soyuqqanlı təcavüzü qəbul etmirik”, - Rot deyib.
"Sözsüz ki, ticarət etdikləri ölkə hərbi gücə müraciət edərsə, bu, iqtisadi əlaqələrin nəzərdən keçirilməsini əhatə edir” deyə xəbərdarlıq edib.
Deputatın fikrincə, "bütün regionda sülh, sabitlik və təhlükəsizliyi təhdid edəcək” yeni müharibə başlayarsa, işin adi qaydada aparılması mümkün olmayacaq.
Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann (Azad Demokrat Partiyası) da analoji aspektdə çıxış edib. O, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb: "Biz Bakıya aydın siqnal göndərməliyik.
Azərbaycan Müdafiə Nazirliyi Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunduğunu açıqlayıb.
Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda lokal antiterror əməliyyatına başlandığını elan edib .
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !