• $
  • €
  • ₽
  • ₺
  • £

Həsənov: Dünyanı tariximizə inandıra bilmirik, çünki özümüz ona şübhə ilə yanaşırıq

Həsənov: Dünyanı tariximizə inandıra bilmirik, çünki özümüz ona şübhə ilə yanaşırıq
21.09.2026 14:18

Azərbaycan öz tarixinə şübhə ilə yanaşdığı üçün onu beynəlxalq səviyyədə qəbul etdirə bilmir. Bunu tarix elmləri doktoru Həsən Həsənov bildirib.

“Bizim tariximiz, mənbələrimiz var, amma nə özümüzü inandıra bilmişik, nə də dünyanı. Dünyanı inandıra bilməmişik, çünki özümüz hələ tariximizdən şübhələnirik”, - Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan tarixçiləri ölkənin qədim tarixi ilə bağlı vahid elmi mövqe formalaşdırmadan həmin yanaşmanı dünyaya qəbul etdirə bilməyəcəklər.

Həsənov bildirib ki, Azərbaycanın qədim tarixinə dair irəli sürdüyü nəticələr onun şəxsi tədqiqatlarına əsaslanır və akademik elmi dairələr tərəfindən hələ ümumi mövqe kimi qəbul edilməyib.

“Mən sizə dediyim tarixləri öz tədqiqatlarım nəticəsində müəyyənləşdirmişəm və istənilən yerdə həmin mövqeyi müdafiə etməyə hazıram. Amma akademik elmimiz hələ mənim tapdıqlarımı əsas götürmür”, - o deyib.

Tarixçi Azərbaycan xalqının etnik mənşəyi ilə bağlı sovet dövründə formalaşdırılmış bəzi yanaşmaların akademik ədəbiyyatda qalmasını da tənqid edib. O, nümunə kimi tarixçi İqrar Əliyevin “Azərbaycan tarixi” əsərinin birinci cildindəki yanaşmanı göstərib.

Həsənovun sözlərinə görə, o, dəfələrlə akademik elmi ictimaiyyəti tədqiqatlarının nəticələrini ya təkzib etməyə, ya da qəbul etməyə çağırıb.

“Dəfələrlə məsələ qaldırmışam ki, ya məni təkzib edin, ya da qəbul edin. Təkzib edə bilmirlər, çünki bunun üçün dəlilləri yoxdur”, - o bildirib.

Həsənov deyib ki, Azərbaycan tarixinin xaricdə müdafiəsinə başlamazdan əvvəl ölkə daxilində əsaslandırılmış və əlaqələndirilmiş elmi mövqe yaradılmalıdır.

“Əvvəlcə özümüz tariximizlə bağlı mütəşəkkil mövqeyə gəlməliyik, sonra onun xaricdə müdafiəsini tələb etməliyik”, - o bildirib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol