• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq

Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
03.11.2026 11:19

2027-ci ildə işğaldan azad edilmiş ərazilərdə kütləvi məskunlaşma planlaşdırılır. Hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda ev təklif ediləcək. Bunu deputat Vüqar Bayramov Milli Məclisdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın Azərbaycan vətəndaşı yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi məskunlaşan keçmiş məcburi köçkünlərdir.

Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Hazırda rayonda 8 300 nəfər yaşayır. Cəbrayıl rayonuna isə 7 112 keçmiş məcburi köçkün qayıdıb.

Vüqar Bayramov bildirib ki, infrastrukturun qurulması ərazilərdə məskunlaşmanın genişlənməsinə şərait yaradır. Heç bir keçmiş məcburi köçkün bu prosesdən kənarda qalmayacaq.

O qeyd edib ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə indiyədək 600 dəfədən çox səfər edib. Bu səfərlər çərçivəsində 180-dən çox layihənin təməli qoyulub, 170-dən çox obyektin açılışı olub.

Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı böyüyüb

Vüqar Bayramovun sözlərinə görə, Zəfərdən sonra Qarabağ iqtisadi rayonunda məhsulun ümumi buraxılışı 4 dəfə artaraq 6 milyard manata çatıb. 2020-ci ildə bu göstərici 1 milyard 548 milyon manat olub.

Şərqi Zəngəzur iqtisadi rayonunda isə məhsulun ümumi buraxılışı 30 dəfə artaraq 4 milyard manatı ötüb. 2020-ci ildə bu rəqəm 134 milyon manat təşkil edib.

Hazırda regionda sənaye məhsulunun həcmi 100 milyon manata, aqrar sektorun həcmi isə 170 milyon manatdan çoxa çatıb.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol