İşğaldan azad olunmuş ərazilərdə minaların olması hələ də risklər yaradır. Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann deyib.
"Mən bu gün Bərdədə Beynəlxalq "Qızıl Aypara” Cəmiyyətinin Qarabağdakı insanlara dəstək olan böyük əməyinin şahidi oldum. Keçmiş təmas xəttinə yaxın yaşamaq insanlar üçün ağır olub; mina riski hələ də bir çox ərazilərdə təhlükə yaradır. Almaniya yenidənqurma səylərində Azərbaycanı dəstəkləyir” - səfir "X" hesabında yazıb.
Azərbaycanda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında, Avropada isə ilk 3 ölkə arasında qərarlaşıb.
İkinci Qarabağ Müharibəsindən sonra 352 nəfər mina qurbanı olub.
Son statistikaya görə 1 164.9 hektar ərazi minalardan təmizlənib.
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib.
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Gülnar Nazimqızı www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !