Almaniya Ukraynaya daha 17 İRİS-T göndərəcək

18:16 | 04.09.2024
Almaniya Ukraynaya daha 17 İRİS-T göndərəcək

Almaniya Ukraynaya daha 17 İRİS-T göndərəcək

Almaniya Ukraynaya daha 17 IRIS-T zenit-raket kompleksi (SAM) göndərmək niyyətindədir.  Bu barədə  Bloomberg Almaniya kansleri Olaf Şolza istinadən xəbər verib. 

"Scholz bu hava hücumundan müdafiə sisteminin Almaniya Silahlı Qüvvələrinə təhvil verilməsini qəbul edib, daha beş belə qurğu üçün sifarişləri təsdiqləyib və əlavə 17 qurğunun Ukrayna üçün nəzərdə tutulduğunu qeyd edib”, - agentlik bildirib.

O, dəqiqləşdirib ki, dörd qurğu Kiyevə ilin sonunadək, qalanları isə 2025-ci ildən etibarən göndəriləcək. Kansler xatırladıb ki, artıq yeddi qurğu Ukraynaya gəlib.

Bundan əlavə, Scholz elan etdi ki, Bundesverin altı IRIS-T hava hücumundan müdafiə sistemi alması Avropa regionu üçün Avropa Göy Qalxanı Təşəbbüsü birgə hava hücumundan müdafiə layihəsinin həyata keçirilməsində əsas rol oynayacaq.

Bu arada Almaniya hakimiyyətinin nümayəndəsi Bloomberg-ə izah edib ki, 2026-cı ilə qədər Ukraynaya ümumilikdə 24 IRIS-T hava hücumundan müdafiə sistemi çatdırılmalıdır - 12-si qısa mənzilli modifikasiyada, 12-si isə orta mənzilli modifikasiyada. Mənbə əlavə edib ki, Bundesver üçün altı IRIS-T hava hücumundan müdafiə sisteminin alınması 950 milyon avroya başa gələcək.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM