Almaniyada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Kölndə 18 min nəfər tutumu olan arenada çıxış edib.
ANS PRESS-in məlumatına görə, kürsüyə çıxan Türkiyənin baş naziri Ərdoğan salondakıları salamladıqdan sonra, Almaniyada yaşayan türklərə salam gətirdiyini bildirib.
Ərdoğan daha sonra böyük türk şairi Nəcib Fazilin "Qürbət" şeirini səsləndirib.
Ərdoğan Köln çıxışında Qərbə də mesaj göndərib.
"Mənfəətləri zədələnir deyə, Türkiyənin böyüməsinə, güclənməsinə, irəliləməsinə müxtəlif şəkillərdə mane olmağa, zəiflətməyə, dayandırmağa çalışanlar var. Öz içimizdə söylədiyimizin eynisini, çöldəki bu qürur abidələrinə də deyirəm. Türkiyə artıq köhnə Türkiyə deyil. Türkiyə o sizin bildiyiniz Türkiyə deyil artıq. Körpünün altından çox sular keçdi" - deyə Ərdoğan sətiraltı mesajlar səsləndirib.
Təxminən 20 min adamın yer aldığı salonda alqışlar səslənməsinə görə Ərdoğan ara-sıra çıxışına fasilə verməli olub.
Qeyd edək ki, Almaniya Ərdoğanın səfəri ilə bağlı etiraz aksiyaları da keçirilib.
ANS PRESS