ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, həbs olunanlar 58 yaşlı Məhəmməd Taha, 58 yaşlı Əhməd Duran və 33 yaşlı Göksel G.-dır. Onlar 11 noyabr 2014-cü il tarixində saxlanılmışdılar. Bu 3 şəxs Almaniyadakı türklər və oradakı təşkilatlanma haqqında məlumat yığmaqda təqsirli bilinirlər.
Artıq Türkiyə bu həbslərlə bağlı hərəkətə keçib. Türkiyə Milli Kəşfiyyat İdarəsi, Baş Nazirlik və Xarici İşlər Nazirliyi arasında həbslə bağlı telefon danışığı olub.
Türkiyə rəsmiləri tutulan 3 şəxsin Türkiyə Milli Kəşfiyyat İdarəsi və Baş Nazirlik ilə heç bir əlaqəsinin olmadığını bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !