Almaniyadan Azərbaycana deportasiya olunan, Söhbət Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının üzvləri Emin Məlikov və Anar Əliyevin saxlanıldığı deyilir. Bu barədə onların yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Onların saxta ittihamlarla saxlanıldıqları və həbs olunduqları iddia edilir.
İddialarla bağlı Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.
Almaniyadan deportasiya olunduqdan sonra saxlanılan AXCP üzvü Pünhan Kərimli ötən gün 6 il azadlıqdan məhrum edilib.
İndiyədək Almaniyadan deportasiya edilən 7 nəfər həbs olunub. Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfər haqqında isə inzibati həbs qərarı çıxarılıb.
Dövlət Miqrasiya Xidməti 2021-cidə 420 şəxsin ölkəyə qaytarıldığı barədə məlumat açıqlayıb. Almaniya səfirliyindən bildirilib ki, ölkədən Azərbaycana 2020-ci ildə 62, 2019-cu ildə isə 232 nəfər deportasiya olunub.
Bir müddət əvvəl siyasi mühacirlərin Almaniyadan deportasiya olunması və daha sonra onların Azərbaycanda həbs edilməsi ilə bağlı "BBC News Azərbaycanca” Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Səfirlikdən deyilib ki, ölkəyə gələndən sonra həbs olunan insanlar barədə məlumatlıdırlar və onlara məlum olan bütün hallarla bağlı əlaqə qurulub.
Azərbaycanla Avropa İttifaqı arasında imzalanan readmissya haqqında sazişə görə, tərəflər insan hüquq və azadlıqları barədə müvafiq beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərə əməl etməlidirlər.
2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" saziş imzalanıb.
Saziş Azərbaycan və ya Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daxil olmaq, orada qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən şəxslərin müəyyən edilməsini, təhlükəsiz və nizamlı şəkildə qaytarılmasını nəzərdə tutur.
Ləman Qasımova
www.anews.az

Bizi sosial şəbəkələrdə izləyin !