Almanların 49%-i son beş ildə ət istehlakını azaldıb

15:13 | 20.01.2023
Almanların 49%-i son beş ildə ət istehlakını azaldıb

Almanların 49%-i son beş ildə ət istehlakını azaldıb

Almanların demək olar ki, yarısı (49%) son beş ildə ət istehlakını azaldıb və respondentlərin yalnız 2%-i bu müddət ərzində ət məhsullarının istehlakını artırdığını etiraf edib. Bu barədə Almaniyanın yerli mətbuatında məlumat paylaşılıb.

"Bir çox almanlar əvvəlkindən daha az ət yeyirlər. Respondentlərin 49%-i son beş ildə ət istehlakını azaltdıqlarını bildirib. 41% onlar üçün heç nə dəyişmədiyini, yalnız 2% isə ət istehlakının artdığını bildirib. Müvafiq olaraq, 8% vegan və ya vegetarian pəhrizinə riayət edir, yəni ətdən tamamilə imtina edirlər" -sorğu nəticələrində bildirilib.

Eyni zamanda, ət məhsullarından tamamilə imtina etmək praktikası indi 18 yaşdan 34 yaşa qədər olan gənc nəsil arasında geniş yayılıb. Bu kateqoriyada respondentlərin təxminən 17%-i ət yemədiklərini qeyd etdi.

Noyabrın 23-də "Die Welt” qəzeti EY konsaltinq şirkətinin araşdırmasına istinadən yazıb ki, almanların təxminən 56%-i yeni paltar və elektronika almaqdan demək olar ki, tamamilə imtina edib. Analitiklər Almaniya sakinləri arasında daha az populyar olan alış kateqoriyalarına televizorlar, smartfonlar, noutbuklar və oyun konsollarını daxil ediblər.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb