2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.
"Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı Modern.az saytına deyib ki, axtarışlarla bağlı dəyişən bir şey yoxdur:
"Axtarışlar hələ ki eyni istiqamətdə, eyni yerdə davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, o cümlədən könüllülər prosesdə iştirak edir və ərazidən heç çıxmayıblar. Daim ordadırlar”.
Z.Qasımlı axtarışların hansı formada aparıldığından da söz açıb:
"Hava şəraitindən asılı olaraq axtarışların forması dəyişir. Buna baxmayaraq qeyd etdiyim kimi, alpinistlərin axtarışı dayanmayıb və davam edir”.
Rəsmi məlumata görə, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.
İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !