Altı ayda məcburi sığorta yığımları nə qədər olub? - Rəsmi

11:06 | 03.07.2024
Altı ayda məcburi sığorta yığımları nə qədər olub? - Rəsmi

Altı ayda məcburi sığorta yığımları nə qədər olub? - Rəsmi

2024-cü ilin altı ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 7,3% artım qeydə alınıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 
 
Hesabat dövründə büdcə təşkilatları üzrə 3,8%, qeyri-büdcə təşkilatları üzrə isə 12,1% artım olub.  
 
2024-cü ilin yanvar-mayında ölkədəki 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb.
 
2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.
 
Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib ki, 2024-cü ildə Azərbaycanın sığorta bazarında 10-15 % artım gözlənilir. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb