Ötən gün gecə saatlarında xalq artisti Amaliya Pənahovanın 1 ildən çoxdur əziyyət çəkdiyi ortaya çıxan xərçəng xəstəliyindən dünyasını dəyişməsi xəbəri ölkədə böyük kədərə səbəb oldu.
Mərhum sənətkarın ölüm xəbərini ilk olaraq ictimaiyyətə bildirən əməkdar artist Hüsniyyə Mürvətova gözyaşı içində "Səni axtarıram"da xalq artistindən danışıb.
Aktrisa Bələdiyyə teatrında rəhbərliyi altında çalışdığı Amaliya Pənahovanın xərçəng xəstəsi olduğundan bixəbər olduqlarını bildirib:
"1 il imiş xərçəng xəstəsi idi. Amma bizə heç nə deməmişdi, heç nə bilmirdik. Son günlərə kimi bizlə bir yerdə oldu. Ayın 31-də Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş "Şanlı vətən" tamaşasının premyerası oldu. Premyeradan 3 gün qabaq bizi yığdı, hamımıza məsləhətlərini verdi, tövsiyələrini dedi - Qızlara ayrı, oğlanlara ayrı. Amma premyeraya gəlmədi. İlk dəfə idi Amaliya xanımsız premyeramız oldu bizim. Yenə heç nə hiss etmədik. Gül göndərmişdi. Tamaşadan sonra biz hamımız səs-küylə bir-birimizi təbrik etdik, Wathsapp-da video vasitəsi ilə Amaliya xanıma salamımızı, təbrikimizi göndərdik. O da məni təbrik edərək "Hamınız çox istedadlısınız, Hüsniyə. İki-üç günə yığacam hamınızı. Gələcəm!" dedi. O, bizə rəhbər yox, ana olub".|milli.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !