“Amazon” istifadəçilərinə şad xəbər

18:01 | 21.06.2017
“Amazon” istifadəçilərinə şad xəbər

“Amazon” istifadəçilərinə şad xəbər

ABŞ-ın e-ticarət nəhəngi "Amazon” "Prime Wardrobe” adı ilə istifadəçilərinə yeni xidmət təklif etməyə hazırlaşır. 

Anews.az xarici mətbuata istinadən xəbər verir ki, yeni xidmət müştərilərinə sifariş verdikləri geyim məhsullarını əvvəlcədən geyinib baxıb, sonra dəyərini ödəmək imkanı yaradır.

"Amazon”dan verilən şərhə görə, yeni xidmət çərçivəsində istifadəçilər internet üzərindən geyim, ayaqqabı və aksesuar kateqoriyalarında istədikləri ən az üç məhsulu seçə biləcəklər. Geyimlər müştərilərin evlərinə çatdırılacaq. Müştərilərə sınaq üçün azı 7 gün müddət veriləcək. 

Xidmət çərçivəsində qadın, kişi, uşaq və körpələr üçün 100 milyondan çox məhsul təqdim ediləcək. Bu məhsulların əksəriyyəti məşhur brendlərə -"Calvin Klein”, "Hugo Boss”, "Lacoste”, "Adidas” və "Levi s”ə məxsus olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM