Akademiyanın Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi "elmlər doktoru” elmi dərəcəsi alan şəxslərə 5000 manat pul mükafat veriləcək.
Anews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev "Müasir elm - gənclərin baxışı ilə” adlı elmi - praktiki konfransda deyib.
Akademik bildirib ki, Azərbaycanda 140-a qədər elmi müəssisə fəaliyyət göstərir. Onlardan 40-ı Akademiyanın payına düşür.
D. Tağıyev qeyd edib ki, dünyada 7,8 milyon insan elmi-tədqiqatla məşğul olur. Onların sayı son 10 ildə 20% artıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !