Amerika polisi ötən ilin son 5 günü ərzində xidməti vəzifəsini yerinə yetirərkən 20-dən çox insanı güllələyib.
Modern.az xəbər verir ki, bu barədə "Washington Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, ABŞ polisi ümumiyyətlə 2015-ci ildə 986 insana qarşı silah işlədib. "Bu isə Federal Təhqiqatlar Bürosunun son 10 il ərzində dərc etdiyi siyahıdakı göstəricidən iki dəfə çoxdur”.
Jurnalist araşdırmalarına görə, qurbanların böyük əksəriyyəti özü ilə silah gəzdirənlər olub. Onlar isə polislər tərəfindən öldürülmüş şəxslərin yarısını təşkil edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !