“Amnesty International”: “Krım tatarlarının həyatı təhlükədədir”

11:24 | 24.05.2014
“Amnesty International”: “Krım tatarlarının həyatı təhlükədədir”

“Amnesty International”: “Krım tatarlarının həyatı təhlükədədir”

“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı Krımdakı türklərin (tatarları) düşdüyü vəziyyətdən rahatsızlığını bildirib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, təşkilat bununla əlaqədar bəyanat yayıb: “Krım tatarlarının gələcəyi qeyri-müəyyəndir. Ukraynada keçiriləcək prezident seçkisində nə onlar, nə də yarımadanın başqa sakinləri səsvermədə iştirak edə bilməyəcək”.

 

 

“Amnesty International”-ın Avropa və Mərkəzi Asiya üzrə proqramların direktoru Con Dalihizenin sözlərinə əsasən, Krım tatarları davamlı surət artan zorakılıq və diskriminasiya ilə üzləşirlər.

 

Təşkilat qeyd edib ki, yerli hakimiyyət Krım tatarlarının liderlərini hədələyir, onların icmasının fəaliyyətini məhdudlaşdırır, sərbəst toplaşmaq haqqının tapdayır və bununla bütün  haqlarını pozur.

 

“Artıq 7 mindən çox tatar Krımı tərk etmək məcburiyyətində qalıb. Qalanları isə çıxılmaz vəziyyətdədir. Onlar ya Ukrayna vətəndaşlığından imtina edib, Rusiya vətəndaşlığını qəbul etməli, ya da öz doğma vətənində əcnəbi kimi yaşamalıdır” – deyə, “Amnesty International” vurğulayıb.

 

 

Təşkilat daha sonra bildirib: “Krım tatarlarının fəalları silahlı qruplar tərəfindən saxlanılır, təhqir edilir. Onlardan biri öldürülüb. Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmilevə (Mustafa Əbdülcəmil - red.) öz vətəninə getmək qadağan edilib. Qeyri –rəsmi də olsa o, Rusiya tərəfindən arzu edilməz şəxs elan olunub.

 

Dinc etiraz aksiyalarında iştirak edən Krım tatarları təzyiq və təqibə məruz qalır. Krım tatarlarının məclisi yasaqlanma təhlükəsi ilə üz-üzədir”.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti