• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Amrahbank faiz gəlirlərini 5 dəfədən çox artırıb

Amrahbank faiz gəlirlərini 5 dəfədən çox artırıb
27.06.2019 10:33
Amrahbank ASC ilk öncə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edir və bildirir ki, 26 ildir Azərbaycan maliyyə bazarında uğurla fəaliyyət göstərən Amrahbank ASC 2019-cu ilin son 5 ayı ərzində də bəzi maliyyə göstəricilərində də müsbət nəticələrə nail olmuşdur. Belə ki, 2019-cu ilin  5 ayı ərzində Amrahbank ASC-nin faiz gəlirləri 2018-ci ilin 5 ayı ilə müqayisədə  3,2 dəfədən çox artaraq 10 milyon 488 min manat təşkil etmişdir. Əməliyyat gəlirləri müvafiq dövrlə müqayisədə 3 milyon 104 min manatdan çox olmuşdur. 2019-cu ilin 5 ayı ərzində haqq və komissiya gəlirləri isə ötən ilin 5 ayı  ilə müqayisədə 16,14% artaraq 1 milyon 530 min manat təşkil etmişdir.
 
2019-cu ilin 5 ayı ərzində Bankın kredit portfeli 2018-ci ilin 5 ayı ilə  müqayisədə  9 milyon 938   min manat artaraq,  2019-cu ilin 5 ayında 119 milyon 492   min manat təşkil etmişdir.
 
Hər bir bankda olduğu kimi "Amrahbank”ın fəaliyyətində də müştəri etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb edir. Belə ki, 2019-cu ilin 5 ayı ərzində "Amrahbank”ın cəlb olunmuş vəsaitlərində də artım müşahidə olunmuşdur. 2019-cu ilin 5 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin əmanətlərinin həcmi də 13%-ə qədər artmışdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb
İqtisadiyyat 17:12
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı
təqdim etdi
İqtisadiyyat 17:04
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
Excitement at Nar tonight – the 4th car will find its owner
İqtisadiyyat 16:59
Excitement at Nar tonight – the 4th car will find its owner
Nar”da böyük həyəcan – Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq
İqtisadiyyat 16:58
Nar”da böyük həyəcan – Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq
Oktyabrda Gürcüstan Azərbaycandan 1,6 milyon dollarlıq neft alıb
İqtisadiyyat 15:45
Oktyabrda Gürcüstan Azərbaycandan 1,6 milyon dollarlıq neft alıb
Azərbaycanın neft ixracı artıb
İqtisadiyyat 13:48
Azərbaycanın neft ixracı artıb
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
İqtisadiyyat 12:25
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
Azərbaycanda notbuk istehsalı 16 dəfəyə yaxın artıb
İqtisadiyyat 12:24
Azərbaycanda notbuk istehsalı 16 dəfəyə yaxın artıb
Azərbaycanda sənaye istehsalı azalıb
İqtisadiyyat 11:53
Azərbaycanda sənaye istehsalı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol