• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sənaye istehsalı azalıb

Azərbaycanda sənaye istehsalı azalıb
17.11.2025 11:53

Azərbaycan sənaye müəssisələri və fərdi sahibkarlar 2025-ci ilin on ayında 52,6 milyard manatlıq sənaye məhsulu istehsal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin on aylıq hesabatında qeyd olunub. 

On ayda məhsul buraxılışı neft-qaz sektorunda 2,2% azalıb, qeyri-neft-qaz sənayesində 4,9% artıb.

Hesabat dövründə sənaye istehsalının 60,8%-i mədənçıxarma, 32,8%-i emal, 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı və paylanması, 1%-i isə su təchizatı və tullantı emalı sektorlarının payına düşüb. Sənayedə qeyri-dövlət sektorunun payı 79,3% təşkil edib.

Ümumi sənaye istehsalının 88,5%-i məhsul istehsalı, 11,5%-i isə sənaye xarakterli xidmətlər hesabına formalaşıb.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol