Ana İŞİD-ə qoşulan oğlunu bu cür xilas etdi - VİDEO

11:56 | 21.10.2014
Ana İŞİD-ə qoşulan oğlunu bu cür xilas etdi - VİDEO

Ana İŞİD-ə qoşulan oğlunu bu cür xilas etdi - VİDEO

İngiltərədə yaşayan bir qadın Suriyada İŞİD-ə qoşulan oğlunu qurtarmaq üçün Türkiyəyə gəlib və aylarla hoteldə qalaraq onun yolunu gözləyib.
ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə şərti olaraq adını "Linda" kimi təqdim edən ana, oğlu Ceymsin əvvəllər xristian olduğunu, lakin sonra müsəlmanlığı qəbul etdiyini açıqlayıb. 
Linda: "Mənə heç vaxt Suriyaya gedəcəyini deməmişdi. Çünki onun qarşısını alacağımı bilirdi. Amma Suriyaya getdikdən sonra telefonla mesajlaşmağa davam etdik. Həftələr sonra onun çox ağır yaralandığını öyrəndim. Orada tək başınaydı və yaralanmışdı. Mən də Türkiyəyə gələrək onu gözləməyi qərara aldım. Fikirləşdim ki, əgər mənim Türkiyədə onu gözlədiyimi bilsə, mütləq məni görməyə gələcək, mən də onu evə qaytara biləcəm".
Linda həftələr boyu oteldə oğlunun yolunu gözləyib və bir gün ananın istəyi gerçəkləşib. Ceyms anasını görmək üçün Türkiyəyə gəlib.
Ana və oğul İngiltərəyə geri qayıtdıqlarında Ceyms xüsusi xidmət orqanları tərəfindən sorğu-sual edilib. Lakin İngiltərə polisi Ceymsi həbs etməyib.
Yaralanan oğlunu razı salaraq, İngiltərəyə qayıtmasına nail olan ana İngiltərədə gənclərin radikallaşmaması üçün lazımlı dövlət siyasətinin aparılmadığını, lazımi dövlət dəstəyinin verilmədiyini bildirib.
Rəsmi məlumatlara görə, İraq və Suriyada İŞİD-in tərkibində döyüşən ingilislərin sayının 500-dən çox olduğu təxmin edilir.
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb