Ana ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

11:40 | 20.12.2013
Ana ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Ana ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi 5 saylı Doğum Evində qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra ana Z. Göyüşovanın ölümü ilə bağl açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb. Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib. Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z. Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib.Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM