ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hər il hər 80 min uşaqdan 1-də şəkər xəstəliyi diaqnozu qoyulur. Vaxtında aşkarlanmayan bu xəstəlik sonradan ölümcül ola bilir. Ona görə də erkən diaqnoz qoyulmasını mütəxəssislər mühüm hesab edirlər. Tibb alimləri müəyyən ediblər ki. şəkər xəstəsi olan adamların nəfəsi "aseton" (C3H6O) maddəsi qoxusu verir.
Oxford Universitetinin kimya üzrə professoru Qus Hankuk hesab edir ki, bu qoxunun səbəbi xəstənin qanında keton adlı kimyəvi maddənin toplanmasındadır: "Şəkər xəstələrinin ağzındakı aseton qoxusunun qaynağı keton maddəsidir. İnsulin çatışmazlığı olan xəstələrin nəfəsinin ağzından aseton iyinin gəlməsi mütəxəssislərə şəkər xəstəliyi diaqnozunun qoyulmasına yardım edir".
Mütəxəssislər hətta xəstənin nəfəsində hiss olunan çox az miqdarda asetonu ölcə biləcək cihaz düzəldiblər. Xəstə həmin cihazın içərisinə nəfəsini verir və bu zaman aseton qoxusunun dərəcəsi müəyyən olunur.
Bi cihazın tezliklə dünyanın bütün ölkələrinə göndərilməsi nəzərdə tutulur. İkinci mərhələdə bu cihaz şəxsi istifadə üçün istehsal olunacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !