Hər il martın 18-də Türkiyədə Çanaqqala zəfəri qeyd edilir.
Çanaqqala müharibəsi 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri olan İngiltərə, Fransa, Anzaklar arasında baş verib. İttifaq dövlətləri paytaxt İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək istəyib. Bu məqsədi ilə ilk hədəf olaraq Çanaqqala boğazına girib. Ancaq hücumları uğursuz olub. Bu döyüş İngiltərə vǝ Fransa donanmalarının ağır itkilǝr verǝrǝk geri çǝkilmǝsilǝ sona çatıb. Sonra Həmin qüvvələr quruda döyüş başladı. Həmin döyüşdə də Türk ordusu Çanaqqala boğazının ələ keçirilməsinə icazə vermədi. Bu döyüşdə Osmanlı Türkiyəsi 253 min şəhid versə də, zəfər çaldı.
"Çanaqqala keçilmǝz” məşhur ifadəsi də bu döyüşdən sonra yarandı.
Ləman Qasımova, Səkinəxanım Məmmədova
Bizi sosial şəbəkələrdə izləyin !